Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bu gün şəhər ərazisində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, səkiləri və yolayrıclarını zəbt edən sürücülərə qarşı reyd keçirib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, keçirilən reyd zamanı 27 sürücü barəsində inzibati protokol tərtib edilib, bununla yanaşı onlarla sürücü ilə maarifləndirici söhbətlər aparılaraq bu cür qayda pozuntularının digər hərəkət iştirakçılarına çətinlik yaratdığı izah edilib. Qeyd edək ki, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ümumilikdə yol hərəkəti qaydasını pozan sürücülərə qarşı mütəmadi reydlər keçirir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man