04 may 2021-ci
il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin,Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığıilə Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda” medalı
ilə təltif olunmuş Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn keçirilmiş
şahmat turnirinin qalibləri mükafatlandırılmışlar.
Mükafatlandırma mərasiminində şəhid Murad Məmmədovun
atası İlham Məmmədov, şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı
Günay Tağıyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon Gənclər və İdman İdarələrinin rəisləri, "Ağ Top” Şahmat Klubun direktoru Cavanşir
Bağırov, qalib şahmatçılar iştirak etmişlər.
Qeyd edək ki, turnirin açılış mərasimi 12 aprel 2021-ci il tarixdə
keçirilmişdir. Turnirin onlayn açılış mərasiminində Milli Məclisin deputatı
Hikmət Babaoğlu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə
Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidin
atası İlham Məmmədov, şəhidin təhsil aldığı 37 saylı tam orta məktəbin
direktoru Ceyhun Bayramlı, "Ağ Top” Şahmat Klubun rəhbəri, fəal gənclər və həvəskar
şahmatçılar iştirak etmişlər.
Mükafatlandırma mərasiminində çıxış edən
natiqlər qeyd etmişlər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin elan
etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən
torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu.
44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik
xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla
yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi
kimi qəbul edildi. Şəhid olmuş qəhrəman oğullarımızı illər keçsə də, gələcək nəsillər
hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq
borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu igid, qəhrəman
oğullarımızı daim qəlbimizdə yaşadaq.
Daha
sonra turnirin qalibləri mükafatlandllmışdır.
Beləliklə, turnirin qaliblərini xatırlatmaq istərdik:
Ümumi
yarışda
1. Mahmudzadə Yunis
2. Xəlilzadə Murad
3. Həmidov Allahverdi
12 yaşadək
oğlanlar arasında
1. Rüstəmov Rüstəm
2. Əlizadə Paşam
3. Xəlilzadə Cavad
Ümumi
qızlar arasında
1. Nuriyeva Nurtən
2. Fərzəliyeva Şəms
3. Mirzəyeva Səma
Qaliblərimizi təbrik edirik! Şəhidlərimizə
Allahdan rəhmət diləyirik!