"Ginnesin Rekordlar Kitabı"na düşən "çaydan"

Maraqlı 06 May 2021 | 01:09
OXUNUB: 2219

Çində çaydan şəklində hazırlanmış "Wuxi Wanda" sərgi mərkəzi rəsmi olaraq dünyanın ən hündür gil çaydanı kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, hündürlüyü 38,8 metr və diametri 50 metr olan bina çərçivənin lazımi əyriliyini təmin edən alüminium təbəqələrlə örtülüb. Bundan əlavə, binanın üç mərtəbəsinin hər biri öz oxu boyunca fırlanır.

"Wuxi Wanda" mərkəzinin ziyarətçiləri sərgi salonlarından başqa, su parkı və burada quraşdırılmış attraksiondan da istifadə edəcəklər.

"The Wanda Group" şirkətinin inşa etdiyi bina 6,4 milyard dollara (40 milyard yuan) başa gəlib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man