Sürücülər həmin videodan danışdı - Yol polisinə rüşvət verməmişik - VİDEO

İctimai nəqliyyat 05 May 2021 | 16:14
OXUNUB: 4717

Bu gün bəzi saytlarda və sosial şəbəkələrdə yol polisinin rüşvət aldığı iddia edilən video yayılıb. Avtosfer.az-ın xəbərinə görə, videonun Abşeron rayon Qobu qəsəbəsində çəkildiyi deyilir. Guya polis maşını saxlayır, sürücü ilə "görüşüb", onu yola salır.
Görüntülərə münasibət bildirən DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib ki, həmin görüntülər ətraflı araşdırılıb və iddiaların əsassız olduğu üzə çıxıb. Belə ki, Daxili İşlər Nazirliyinin Tədbirlər Planına əsasən, aprel ayından başlayaraq respublika ərazisində hüquqpozmaların qarşısının alınması, yol hərəkəti təhlükəsizliyinə nəzarətin gücləndirilməsi istiqamətində nəzarət-profilaktiki reydlər davam etdirilir. Bu tədbirlərdən biri də nəqliyyat vasitələrini sürücülük hüququ olmadan və ya müvafiq kateqoriyası olmayan sürücülər tərəfindən idarə edilməsinin aşkar olunması və qarşısının alınmasına yönəlib.  
Bununla əlaqədar olaraq, Abşeron rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində yük avtomobillərinin sürücüləri arasında sürücülük hüququ və ya müvafiq kateqoriyası olmayan şəxsləri müəyyən etmək üçün mütəmadi tədbirlər həyata keçirir, eyni zamanda yükdaşıma qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edir.
Görüntülərdən də aydın olur ki, yol polisi əməkdaşı yük avtomobillərini saxladıqda sadəcə olaraq sürücünün sürücülük vəsiqəsinə baxıb yola salır. Həmin sürücülər idarəyə dəvət olunub və söhbət zamanı bildiriblər ki, yol polisi yalnız onların sürücülük vəsiqəsini yoxlayaraq yola salıb, hər hansı qanunazidd hal baş verməyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man