Avtosfer.az və DYP birgə layihəyə başladı – Qaydalar hamı üçündür - VİDEO

İctimai nəqliyyat 05 May 2021 | 16:15
OXUNUB: 1475

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və Avtosfer.az saytı yol hərəkəti təhlükəsizliyinə dair yeni layihəyə start verib. “Qaydalar hamı üçündür” adlı layihə çərçivəsində ölkəmizdə tanınmış şəxslərin yol hərəkəti qaydaları barədə fikirləri öyrəniləcək və cəmiyyətə təqdim olunacaq. 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məsələ Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş və 2019-2023- cü illəri əhatə edən “Yol Hərəkəti Təklükəsizliyi”nə dair Dövlət Proqramında da yer alıb. Həmin proqramda tanınmış şəxslərin yol hərəkəti təhlükəsizliyi sahəsində təbliğat işlərinə cəlb olunması, onların fikirlərinin kütləvi informasiya vasitələri ilə cəmiyyətə çatdırılması öz əksini tapıb: “Cəmiyyətdə belə bir fikir formalaşır ki, kimsə tanınırsa hər hansı bir imtiyaza malikdir. Əslində isə belə deyil. Çünki qaydalar hamı üçündür”.  
Bəli, qaydalar hamı üçündür. Bunu məhşurların dili ilə bir daha sürücülürə xatırladacağıq.

 

Aysel Novruzova

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man