Aslan Hüseynov faciəvi şəkildə ölüb - AÇIQLAMA - YENİLƏNİB

Yol qəzaları 04 May 2021 | 14:41
OXUNUB: 2195

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev açıqlamasında bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur. “Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib”, - deyə DYP rəsmisi məlumat verib.

Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün “Instagram” hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib. 

14:30

Müğənni Aslan Hüseynovun qəzada öldüyünə dair yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, avtomobil onun adına olsa da, sükan arxasında özü olmayıb: “Avtoqəzada ölən şəxs Aslan Hüseynov deyil”.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə müğənni Aslan Hüseynovun Qaradağ rayonu ərazisində avtoqəzada öldüyünə dair məlumatlar yayılıb. 

14:11

Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişdi. Avtosfer.az bildirir ki, Baku TV-nin əldə etdiyi məlumata görə, müğənni Qaradağda avtomobil qəzası zamanı ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da orada keçinib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man