Azad Rəhimovun vəfatıyla bağlı nazirliyin mətbuat katibi məlumat YAYDI

30 Aprel 2021 | 23:25
OXUNUB: 4888
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova bu barədə Facebook hesabında kədərini bölüşüb.


"Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu,  böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim.  Bir müddət bundan öncə onunla danışanda: "Azad m, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var". yazmışdım. Cavabı: "Gözlə. Gələcəm."olmuşdu. Azad m, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz?    Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad m. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi  göynədəcək, ürəyimi  yandıracaq. Sizin yoxluğunuzla  mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım.  Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən  öyrənməyi, Sizin məktəbi keçməyi  mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü , əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM INSAN! 

Bu günlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm!"
 
Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu. 56 yaşlı nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.
 



 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man