Rəsul Çunayev qayda pozan sürücülərə səsləndi – “Boş-boş işlərlə məşğul olmayın!” - VİDEO - FOTO

Nəqliyyat TV 03 May 2021 | 20:40
OXUNUB: 11501

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və Avtosfer.az saytı yol hərəkəti təhlükəsizliyinə dair yeni, “Qaydalar hamı üçündür” layihəyəsinə start verib. Layihə çərçivəsində ölkəmizdə tanınmış şəxslərin yol hərəkəti qaydaları barədə fikirləri öyrəniləcək və cəmiyyətə təqdim olunacaq. Layihəmizin ilk qonağı Dünya çempionu, Olimpiya mükafatçısı, Dövlət Sərhəd Xidmətinin zabiti Rəsul Çunayev oldu. 
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı ilə birgə Rəsul Çunayev “Toyota” avtomobilinin test yürüşü zamanı həm də yol hərəkət qaydaları barədə danışıblar. 
“Avtomobilə minərkən dərhal əlim təhlükəsizlik kəmərinə gedir” – deyən Dünya çempionu təhlükəsizliyin önəmindən danışıb.
O, avtomobillərə tədbiq edilən son texnalogiyalardan danışarkən maraqlı fikirlər də səsləndirib: ”Gör iş nə yerə çatıb ki, ağıllılar ağılsızlar üçün ixtiralar edir”.
İdmançımız yolda yekaxanalıq edən “avtoş”lara da səslənib : “Elə işlər görsünlər ki, vətənə, dövlətə, ailələrinə, cəmiyyətə faydaları olsun. Boş-boş işlərlə məşğul olmasınlar”.
İşıqforda yaşıl işıq yanar-yanmaz siqnal verib sürücüləri tələsdirənlərdən şikayətçi olan Çunayev: “Dəfələrlə olub ki, yolda siqnal verərək məni tələsdirənləri saxlamışam və səhv etdiklərini başa salmışam. Bizə belə şeylər yaraşmır, bizə qələbələr yaraşır”- deyə qeyd edib.
Qələbələri ilə ölkəmizə uğurlar qazandıran Rəsul Çunayev bundan yararlanıb yol hərəkəti qaydalarını pozmur. O, çox peşəkar və səlist şəkildə avtomobil idarə edir. 
Qaydalar hamı üçündür, dünya çempionu olsan belə. 
Qeyd edək ki, bu layihə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş və 2019-2023- cü illəri əhatə edən “Yol Hərəkəti Təklükəsizliyi”nə dair Dövlət Proqramını diqqətə alaraq hazırlanıb. Proqramda tanınmış şəxslərin yol hərəkəti təhlükəsizliyi sahəsində təbliğat işlərinə cəlb olunması, onların fikirlərinin kütləvi informasiya vasitələri ilə cəmiyyətə duyurulması öz əksini tapıb.

 

Aysel Novruzova

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man