"Volkswagen" yeni hetçbekini təqdim etməyə hazırlaşır - FOTO

Nəqliyyat xəbərləri 03 May 2021 | 13:18
OXUNUB: 935

Volkswagen şirkəti ID ailəsinin auditoriyasını “qaynar” elektrokarların köməyi ilə genişlətməyə ümid edir.

Belə elektromobillərdən biri Volkswagen ID.3 hetçbekinin ikimühərrikli tam ötürməli “qaynar” versiyası ola bilər.

Belə bir “qaynar” hetçbekin işıq üzü görəcəyi barədə məlumat 2019-cu ilin sentyabrında, adi hetçbekin təqdimatından dərhal sonra peyda olmuşdu. O zaman, “qaynar” elektromobilin tam ötürməli idman avtomobilləri üçün ənənəvi olan R indeksi ilə işarələnəcəyi ehtimal olunurdu, lakin istehsalçı ayrıca GTX subbrendini yaradaraq, “qaynar” hetçbek barədə söz-söhbəti yenidən canlandırıb.

Volkswagen şirkəti cari ilin ikinci yarısında təqdim ediləcək ID.5 kupe-krossoverinin də GTX versiyasına sahib olacağını artıq təsdiqləyib. Yeni elektrokar MEB arxitekturası üzərində inşa edilmiş premium Audi Q4 Sportback e-tron modelinin bənzəri olacaqdır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man