“Azərbaycan səhiyyəsi reanimasiyadadır...” – Cümşüd Nuriyev

30 Aprel 2021 | 12:56
OXUNUB: 3253
"Ölkədə xoşagəlməz bir ənənə formalaşıb. Yeni rəhbər özündən əvvəlki kadrları peşəkarlığıq səviyyəsindən asılı olmayaraq vəzifələrdən uşaqlaşdırır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Oqtay Şirəliyevin nazir postundan uzaqlaşdırılmasından sonra səhiyyə sektorunda müşahidə edilən kadr dəyişikliklərini dəyərləndirərkən ekspert Cümşüd Nuriyev deyib: "Kimisə vəzifədən çıxarıb, yenisini gətirmək Səhiyyə Nazirliyindən alınıb, TƏBİB-ə verilirsə, birincisi nəyə lazımdır?  TƏBİB özünü doğrultmadı, onun rəhbəri ən ambioz füqurdur. Əhalinin azı 70 faizi bu qurumdan narazıdır. Səhiyyə sahəsində əməlli-başlı anarxiya yaranıb”.

Həmsöhbətimiz deyir ki, Azərbaycanda səhiyyə sistemində üçhakimiyyətlilik hökm sürür: "Səhiyyə Nazirliyilə yanaşı, TƏBİB və Tibbi Sığorta Agentliyi də mövcuddur. Kimə lazımdır, bu qədər yersiz dövlət qurumları? Bu sahədə nə qədər ki, islahat aparılmayıb, səhiyyə sistemi bundan da pis duruma düşəcək”.
 
C. Nuriyevin fikrincə, hazırda Azərbaycan səhiyyəsi reanimasiyadadır, əməliyyat olunmalıdır: "Özü də koronavirusa tutulub. TƏBİB özü birbaşa Azərbaycan səhiyyəsinin koronavirusudur.Bura Azərbaycan Prezidentinin kəskin müdaxiləsi lazımdır. Ölkədə rüşvət də gəncləşib, bu da çox qorxulu tebndensiyadır. Xaricdə oxuyub gələnlər belə dəhşətli dərəcədə rüşvətə qurşanıblar.  Əvvəllər Azərbaycanı qocaların rüşvətə qurşanması geri salırdısa, indi gənclərimizin bu əmələ əl atmaları ölkəni məhvə aparır. Ayılmaq vaxtıdır”.
 
Elçin
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man