“Pambıq planı deyil ki...” – Vaksinasiya COVİD-19 bəlasından qurtuluşdur, amma...

28 Aprel 2021 | 11:23
OXUNUB: 2632
"COVİD-19 bəlasından qorunmağın, o cümlədən qurtulmağın ən optimal yolu vaksinasiyadır”.

Sfera.az-ın məlumatına görə, bunu tanınmış həkim Vaqif Qarayev deyib. O, COVİD-19-a qarşı vaksinasiyanı davamlı təbliğ edən həkimlərdən biri olduğunu vurğulayaraq dünya təcrübəsindən də söz açıb:

"İsrail kütləvi vaksinasiyanın hesabına normal həyata qayıdıb. Hindistan isə sözün əsl mənasında yanır, orada vəziyyət çox pisdir. Qeyd etdiyim kimi, koronavirusdan qurtulmağın yolu peyvənləmədir. Sübut üçün İsrail təcrübəsini də dedim.

Amma bir məsələ var. Dövlət müəssisə və idarələrində insanları işdən çıxartmaqla hədələyirlər. Bununla bağlı şikayətlər çoxdur, xüsusən təhsil sahəsində. Belə təbliğat olmur!. Vaksinasiya pambıq planı deyil ki, yuxarılara hamıdan tez hesabat verəsiniz”.

V.Qarayev bildirib ki, vaksinasiya günü özünü xəstə hesab edənləri, müxtəlif problemlərdən ciddi müalicə alanları məcbur etmək olmaz: "Nəticə pis ola bilər. Vaxtı gələndə özləri gedib peyvənd vurduracaqlar”.
 
Günay
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man