“Toyota” qlobal avtomobil satışını rekord həddə artırıb

Nəqliyyat xəbərləri 29 Aprel 2021 | 10:20
OXUNUB: 1608

Bu ilin mart ayında Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti qlobal miqyasda 982 912 ədəd avtomobil satıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 44,2% çoxdur və yeni artım rekordudur.

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobil nəhənginin məhsullarına tələbatın kəskin artması ABŞ və Çindən qaynaqlanır.

Belə ki, ötən ay ABŞ-da idman yolsuzluq və hibrid avtomobillərə, Çində isə “Corolla Sedan” modelinə güclü tələb olub. Son nəricədə “Toyota”nın ölkəxarici satışları 57,8% artaraq 791 568 ədəd, ölkədaxili satışları isə 6,4% artaraq 191 344 ədəd təşkil edib.

Bu ilin yanvar-mart aylarında isə “Toyota”nın qlobal avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% çox olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man