Arif Quliyevin xəstəxanada videosunu çəkən tibb bacısı cəzalandırıldı - RƏSMİ AÇIQLAMA

27 Aprel 2021 | 23:28
OXUNUB: 2801
Sosial şəbəkələrdə və  KiV-lərdə "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri  yayılıb. 

TƏBİB-dən verilən məlumata görə, həmin videonu çəkən tibb bacısı cəzalandırılıb: 

"Bildirək ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır. Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. 

Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib".

(AZXEBER.COM)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man