Ərdoğanın Baydenə cavabı nə olacaq? – “Türkiyə buna məcburdur...”

27 Aprel 2021 | 14:03
OXUNUB: 1579
"Ərdoğan xarizmatik lider olaraq imicinə dəyən ziyanı kompensasiya etmək üçün sözsüz ki, müəyyən adekvat addımlar atacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanımasına cavab olaraq Türkiyənin atacağı adekvat addımların nələrdən ibarət olacağına aydınlıq gətirərkənpolitoloq Elşən Mirzəoğlu deyib: 
 
"İndi hamının diqqəti Türkiyə iqtidarının atacağı adekvat addımlara yönəlib. Ankara buna məcburdur və hər halda Baydenin addımını cavabsız qoymayacaq. Türkiyə yəqin ki, Vaşinqtondakı səfirliyini məsləhətləşmələr üçün geri çağıracaq. Belə hadisələr dövlətlər arasında iqtisadi-ticari əlaqələrin perspektivinə də ciddi təsir edir. ABŞ Türkiyəni iqtisadi sanksiyalarla  hədələyib. Nəticədə türk lirəsinin məzənnə dəyəri dəfələrlə aşağı düşüb ki, bu da Ərdoğan hakimiyyətinə yaxşı heç nə vəd etmir”. 
 
Həmsöhbətimiz düşünür ki, Ərdoğan adekvat addımlar atacaq: "Ankara ilə Vaşinqton arasında hərbi əməkdaşlıq imkanları bir qədər daralacaq.  ABŞ - Türkiyə ticari münasibətləri müəyyən qədər aşağı düşəcək. Türkiyə ABŞ-a etdiyi investisiyaların həçminin azaldılması istiqamətində də bəzi  addımlar ata bilər”.
 
Bununla belə həmsöhbətimiz Ankaranın ABŞ-a cavab olaraq bundan artıq radikal addımlara gedəcəyini düşünmür: "Türkiyənin NATO-dan çıxacağı gözlənilmir. ABŞ dövlət çevrilişinə cəhd edən Fətullah Güləni dəstəkləməkdə davam edir. Ağ Ev  həmçinin Kürdüstan dövləti yaratmaqla bağlı layihədən də imtina etməyib. Belədə Ankaranın cavab tədbiri olaraq daha radikal addımlar atması Suriyada və Türkiyə ilə sərhəddə vəziyətin daha da kəskinləşməsinə səbəb olar.  Ankara daha kəskin cavab addımına gedərsə, ABŞ-ın PKK-ya olan  maliyyə yardımını gücləndirəcəyini də istisna etmirəm.  Amma bütövlükdə, Türkiyə-ABŞ münasibətlərində ciddi dəyişikliklərin baş verəcəyini zənn etmirəm. Bu gün NATO-nun Türkiyəyə ehtiyacı var, nəinki ikincinin birinciyə”.
 
Elçin
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man