“Huawei” korporasiyası digər iki Çin şirkəti ilə əməkdaşlıqda iyulda iki peyk buraxmaq niyyətindədir. Layihənin vəzifəsi “Huawei” tərəfindən hazırlanan “6G” şəbəkə texnologiyalarını yoxlamaqdan ibarətdir.
Peyklərin buraxılışı ilə şirkət qlobal tədqiqatlarda və “6G” texnologiyasının hazırlanmasında aparıcı rol oynayacaq.
Altıncı nəsil mobil rabitə şəbəkələrinin “5G” şəbəkələrindən 50 dəfə sürətli olacağı gözlənilir. Yeni texnologiyanın mövcud texnologiyadan fərqi ondan ibarətdir ki, “5G” siqnalın ötürülməsi üçün baza stansiyalarına, “6G” isə peyklərə əsaslanır.
Bir müddət əvvəl “Huawei” nümayəndəsi şirkət tərəfindən altıncı nəsil mobil rabitə şəbəkəsinin 2030-cu ildə istifadəyə veriləcəyini bildirib./“ICTnews”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man