Piyadaların yolunu kəsənlərə qarşı reyd keçirildi - Biabırçı hallar aşkarlandı - VİDEO

Nəqliyyat TV 27 Aprel 2021 | 17:40
OXUNUB: 18688

Binəqədi rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Avtosfer.az xəbər verir ki, reyd zamanı piyadaların yolunu kəsən sürücülərlə yanaşı avtoxuliqanlıq edənə də rast gəlinib. "Chevrolet" markalı avtomobili yüksək sürətlə idarə edərək özünün və digərlərinin həyatını təhlükəyə atan Xəyal Hidayət oğlu Tanırverdiyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Törətdiyi əməldən peşman olduğunu deyən Xəyal Tanırverdiyevin işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 
Reydin məqsədi təkcə avtoxuliqanlıq hərəkətləri edənlərə qarşı deyil, piyada səkilərini bağlayıb piyadaların və digər hərəkat iştirakçılarının həyatını təhlükəli vəziyyətə salanlar da oldu.

Binəqədi rayon DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyev bildirib ki, yol kənarında yerləşən emalatxanlara xəbərdarlıq olunsa da, onlar bildikləri kimi öz işlərini davam edirlər: "Köhnə, istismara yararsız maşınları atıblar səkilərin üstünə, piyada məcbur qalib, çıxır nəqliyyatın qarşısına. Nəticədə hadisə törənir".
Vətəndaşlda isə bildirib ki, səkilərdə dayanan köhnə maşınlara görə onlar yolda qaça-qaça hərəkət etməli olurlar: "Burada nə qədər qəzalar olur. Bu maşınlar bizə çox maneçilik törədir. Bizim həyatımız təhlükədədir. Ona görə də tədbir görmək lazımdır. Bəli, piyadaların həyatı həqiqətən də təhlükədədir. Buna səbəb ətrafda olan, istifadəsiz, yararsız avtomobillərin təmir adıyla bura yerləşdirilməsi və hələ də təmir olunmamasıdır. Buna görə də piyadalar məcburi şəkildə yolun kənarında gedirlər, bu da onların həyatı üçün təhlükəlidir".
Baş inspektor Pərviz Allahverdiyev bildirib ki, piyada üçün nəzərdə tutulmuş yerləri tək avtomobillər yox, ustalar armaturla elə bağlayırlar ki, piyada heç cür piyada zolağı ilə hərəkət edə bilmir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man