Azərbaycanda avtomobillərin icbari sığorta bazarı böyüyüb

Nəqliyyat xəbərləri 26 Aprel 2021 | 17:10
OXUNUB: 765

Bu ilin yanvar-mart aylarında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 20,826 mln. manat sığorta haqqı yığılıb.

Avtosfer.az Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, bu müddətdə eyni sığorta növü üzrə 14,791 mln. manatlıq ödəniş həyata keçirilib. Beləliklə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7,5% artıb, ödənişlər isə 9,4% azalıb.

Hesabat əsasən, cari ilin I rübündə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 7,493 mln. manat sığorta haqqı yığılıb, 3,281 mln. manat ödəniş edilib. Bu, illik müqayisədə müvafiq olaraq 38,9% azalıb və 1,5% artıb.

Xatırladaq ki, 2021-ci ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 248,989 mln. manat həcmində sığorta haqqı yığılıb və 145,345 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 3,4% və 88,5% çoxdur.

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man