"Əlibala Səlimov yediklərini etiraf edib” - Vəfa Nağı bələdiyyə sədrinin vəzifədən azad edilmə səbəbini AÇIQLADI

24 Aprel 2021 | 12:16
OXUNUB: 2424
"Neftçala rayon Xol Qaraqaşlı kənd (Bakıdan 174 kilometr cənub) bələdiyyəsinin sədri Əlibala Səlimov yediklərini etiraf edib”. 
 
Sfera.az-ın məlumatına görə, bunu Xol Qaraqaşlı bələdiyyəsinə seçilmiş Vəfa Nağı deyib. Onun sözlərinə görə, Əlibala Səlimov vəzifəsindən də buna görə azad edilib:

"Əlibala Səlimov etiraf edib ki, nə yemişəm, köhnə  icra başçısı ilə yemişəm. O, ərizəsini icraya təqdim edib və çıxarıblar”.

V.Nağı beləcə bələdiyyə sədrinin sonunun gəldiyini vurğulayıb. "Bu günü də görmək qismət oldu”, - deyə o bildirib.

Qeyd edək ki, Neftçala rayon Xol Qaraqaşlı kənd (Bakıdan 174 kilometr cənub) bələdiyyəsinin hazırkı bələdiyyə sədri Elnur Səfərovdur. Bundan öncəki bələdiyyə sədri Əlibala Səlimov xəstəlik səbəbindən istefa verdiyini bildirmişdi.

Vəfa Nağı artıq bir ildən çoxdur ki, keçmiş sədr Əlibala Səlimovun qanunvericiliyin tələblərini pozması barədə hüquq mühafizə orqanları qarşısında məsələlər qaldırırdı. Onunla Xol Qaraqaşlı bələdiyyəsinin keçmiş sədri arasında münasibətlər Vəfa Nağının bələdiyyə büdcəsinin icrası ilə bağlı hesabat tələb etməsindən sonra gərginləşmişdi.

Türkan
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man