Dövlətə məxsus avtomobillə qayda pozdu- Həmin şəxs hansı nazirliyin əməkdaşıdır? - VİDEO

İctimai nəqliyyat 24 Aprel 2021 | 22:08
OXUNUB: 1491

Gəncədə dövlət qurumlarından birinin avtomobili ilə ciddi qayda pozuntusuna yol verilib. Həmin avtomobil magistral yolda nəqliyyat axının əksinə hərəkət edib. Qayda pozuntusuna yol verən avtomobilin nazirliklərdən birinin tabeli qurumuna məxsus olduğu aşkar edilib. 

Minik maşının sürücüsü avtomagistralda əks istiqamətdə hərəkət edir. Bu azmış kimi sürəti də xeyli yüksəkdir. Videonu qeydə alan şəxs avtomobilin dövlət qurumlarından birinə məxsus olduğu deyir. 

Görüntülər bu gün səhər saatlarında çəkilib. Avtomobil sürətlə hərəkət etdiyi üçün onun dövlət qeydiyyat nişanının neçə olduğu bilinmir

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirdi ki, sürücü nəqliyyat axının əksinə hərəkət edərək ciddi qayda pozuntusuna yol verir. Bununla da Yol Hərəkəti Haqqında qanunun tələbi pozulub

Dövlət avtomobil Nəqliyyatı Xidməti məsələyə münasibət bildirib. Qurumun sözçüsü Nuridə Allahyarovanın sözlərinə görə, həmin avtomobili idarə edən şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Avtomobil Nəqliyyatı ilə Daşımaları MMC-nin əməkdaşıdır.

Respublika Baş Dövlət Yol Polisi də  artıq bu məsələni araşdırıb və qayda pozan sürücü inzibati xətalar məcəlləsinə uyğun şəkildə cərimə edilib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man