Yol polisitəbliğat xarakterli çarxlar hazırlayacaq - VİDEO

İctimai nəqliyyat 24 Aprel 2021 | 13:00
OXUNUB: 1316

Yollarda hərəkətin təhlükəsizliyinin effektiv təmin olunması istiqamətində təbliğat-təşviqat, maarifləndirmə tədbirləri davam etdirilir. 

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, habelə hərəkət iştirakçıları arasında məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərin hazırlaması diqqət mərkəzində saxlanılır. 

Bölmə rəisi bildirib ki, kütləvi informasiya vasitələrinin imkanlarından bu sahədə geniş istifadə olunur. Əhalinin yol mədəniyyətinə etimadının yüksəldilməsi hər bir hərəkət iştirakçısından asılıdır. Buna nail olmaq üçün davamlı təbliğat işinin aparılması zəruri şərtlərdən hesab olunur.

Polis vətəndaş  münasibətlərinin yüksək səviyyədə təşkil edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də yollarda təhlükəsizliyin tam təmin edilməsi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hazırladığı süjeti cəmiyyətin diqqətinə çatdırıb.

Gəlin təhlükəsizliyimizi birgə təmin edək!

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man