Bakıda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzasına DYP-dən REAKSİYA - VİDEO

Yol qəzaları 21 Aprel 2021 | 11:27
OXUNUB: 877

Paytaxtın Sabunçu rayonunda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Sabunçu yolunda qeydə alınıb. Yolu keçmək istəyən 25 yaşlı Fidan Cəfərzadə 28 yaşlı Gülnar  Yuniszadə və onun oğlu 9 yaşlı Yusmir Yuniszadəni avtomobil vurub. Ana və oğul dünyasını dəyişib. Vəziyyəti ağır olan Fidan Cəfərzadə isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin baş verdiyi yer sürət həddinin ən yüksək olduğu yoldur. Piyadaların vurulduğu bu yolda 8 hərəkət zolağında sürət həddi müvafiq olaraq 90 və 110 km/ saat müəyyən edilib. Bura piyada vurma hallarının ən çox baş verdiyi yollardan biridir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, əvvəlki illərə nisbətən piyadaların ölümü ilə nəticələnən qəzaların sayında azalmalar var. Piyada vurma hallarında qəzalar  isə daha çox vətəndaşların  təyin olunmamış yerlərdən keçmə səbəbindən baş verir.

Qeyd edək ki, piyadaların yolun qadağan olunmuş hissəsindən keçməsinə görə 20 manat cərimə müəyyən edilib.  Sürəti həddi 80 km/saat və daha artıq olan yolda piyada qadağan olan yerlərdən yolu keçərsə 40 manat cərimə olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man