MSI Modern 14 B11 noutbukları təqdim olunub

Yeniliklər 20 Aprel 2021 | 22:12
OXUNUB: 863

"MSI" şirkəti 1920 × 1080 pikselli (Full HD formatı) 14 düymlük displeylə təchiz edilən yeni "Modern 14 B11" portativ kompüterlərinin satışına başlayır.

Qurğunun əsasını "Intel Tiger Lake" aparat platforması təşkil edir. Maksimal konfiqurasiyaya 8 təlimat axını emalı imkanına malik 4 hesablama nüvəsini birləşdirən "Core i7-1165G7" prosessoru daxildir. Maksimal takt tezliyi 4,7 giqahersə bərabərdir.

"DDR4" operativ yaddaş tutumu 16 giqabayt, "M.2" formatlı "NVMe" bərkcisimli toplayıcısının tutumu 1 terabayt təşkil edir. Həmçinin "microSD" yaddaş kartı üçün slot nəzərdə tutulub.

Simsiz rabitə imkanına "Wi-Fi 6 AX201" və "Bluetooth 5.1" kontrollerləri cavabdehlik daşıyır. "Windows 10 Pro" əməliyyat sistemi tətbiq edilib.

Qabaritlər 319 × 219 × 16,9 millimetr, çəki 1,3 kiloqram təşkil edir. Akkumulyator batareyasını bir dəfə tam enerji ilə doldurmaqla 8 saat avtonom işləmək mümkündür.

Mövcud interfeyslər dəstinə "USB 3.2 Gen.2 Type-C", "USB 3.2 Gen.1 Type-A", "HDMI" portları, eləcə də qulaqcıq üçün standart çıxış daxildir./ictnews

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man