67 yaşlı kişi 15 il işə çıxmadı- Yarım milyard avro qazandı

Maraqlı 20 Aprel 2021 | 21:39
OXUNUB: 809

İtaliya Maliyyə Qvardiyası Kalabriya vilayətindəki Katandzaro şəhərində yerləşən xəstəxanada kütləvi saxta işədüzəltmə hadisəsini müəyyənləşdirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.
Məlumata görə, məsuliyyətə cəlb olunan 7 nəfərdən biri xəstəxananın yanğın təhlükəsizliyi bölməsində qeydiyyatda olub. 67 yaşlı kişi 2005-ci ildən bəri işdə bir saat belə keçirməyib və qəzet bunu rekord adlandırıb.

15 illik “xidmət”i ərzində italiyalı kişi 500 min avro qazanıb. Bundan əlavə, Maliyyə Qvardiyası tərəfindən aparılan araşdırmada xəstəxana rəhbərlərinin hədə-qorxuya məruz qaldığı və bu səbəbdən işçinin cəzasız qaldığı aşkar edilib.

Əməkdaşlardan biri müstəntiqlərlə söhbətində hansısa “çox görkəmli bir şəxsin” 2005-ci ildə ofisə gəldiyini və yalançı işçinin əməllərinə göz yummayacağı təqdirdə özü və ailəsi üçün problemlər yaranacağı ilə təhdid olunduğunu xatırlayıb.

Prokurorluq həmçinin xəstəxananın yüksək vəzifəli əməkdaşlarına qarşı vəzifədən sui-istifadə etmək, sənəd saxtakarlığı və qəsb ittihamları ilə əlaqədar istintaqı yekunlaşdırıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man