"Ford" yeni modeli ilə bağlı məlumat yayıb - FOTO

Nəqliyyat xəbərləri 20 Aprel 2021 | 16:13
OXUNUB: 687

Ford Mondeo modelinin tezliklə tarixin arxivinə göndəriləcəyi hər kəsə məlumdur.

ABŞ-da Fusion adı ilə satılan sedanın isthehsalı artıq dayandırılıb. Sedanın Avropadakı buraxılışına isə 2022-ci ilin martında son veriləcəkdir. Çində satılan Mondeo modelinin ömrünə də az qalıb.

Mondeo modelinin kross versiyasının buraxılacağı ilə bağlı şayiələr çoxdan bəri dolaşır, lakin Ford şirkəti yalnız indi bu uzunömürlü ailəni hansı modellə əvəzləmək istədiyi nümayiş etdirib.

Bu günlərdə keçirilən Şanxay avtosalonunda debüt etmiş Ford Evos kross-liftbeki buna işarə edir.

Çin bazarında satılacaq Ford Evos modelləri Changan Ford ortaq müəssisəsi tərəfindən istehsal ediləcəkdir. Kross-liftbekin satışlarının bu ilin sonuna qədər başlanması gözlənilir. Ancaq bu modelin digər bazarlarda debüt vaxtı barədə məlumat verilməyib.

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man