İlon Mask “Tesla” qəzasından sonra 5 milyard dollar itirib

Nəqliyyat xəbərləri 20 Aprel 2021 | 14:20
OXUNUB: 635

“Tesla” elektromobilinin ABŞ-ın Texas ştatında qəzaya uğraması haqqında xəbərlərin fonunda şirkətin səhmləri ucuzlaşıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunun nəticəsində “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask 5 milyard dollardan çox itki ilə üzləşib.

Maskın sərvəti sutka ərzində 5,1 milyard dollar azalıb və hazırda 174,6 milyard dollar təşkil edir. O, hazırda dünyanın üçüncü ən zəngin adamıdır.

Bir gün əvvəl “Tesla”nın səhmləri 3,4 faiz ucuzlaşaraq 714,63 dollara satılıb.

Xatırladaq ki, Texasda “Tesla” elektromobilinin ağaca çırpılması nəticəsində iki nəfər həlak olub. İlkin istintaqın nəticələrinə görə, qəza zamanı avtomobilin avtopilot rejimində olduğu ehtimal olunurdu.

Lakin Mask bu iddianı rədd edərək bildirib ki, həmin avtomobildə tam avtopilot rejimi olmayıb.

Mask həmçinin qeyd edib ki, avtomobildə avtopilotun işləməsi üçün yolda müəyyən yol nişanları olmalıdır və qəzanın baş verdiyi küçədə bu cür nişanlar olmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man