Volkswagen ID.6 elektrik krossoverini təqdim edib - FOTO

Nəqliyyat xəbərləri 19 Aprel 2021 | 22:43
OXUNUB: 1740

Volkswagen şirkəti ID ailəsinin üçüncü üzvünü təqdim edib. ID.3 hetçbeki və yığcam ID.4 krossoveri qlobal model olaraq satılslar da, bu gün Şanxayda təqdim edilən ID.6 xüsusi olaraq Çin bazarı üçün yaradılmışdır. ID.6 modeli nə Avropada, nə də Amerikada satılmayacaqdır.Üstəlik, Çində iri elektrik krossoveri iki versiyada debüt edib.

 

Ölkənin şimalındakı FAW-VW müştərək müəssisəsi Volkswagen ID.6 Crozz modelini, cənubundakı SAIC-VW birgə müəssisəsi isə Volkswagen ID.6 X krossoverini istehsal edəcəkdir. Qeyd etmək gərəkdir ki, bənzər iş bölgüsü Çində satılan Volkswagen ID.4 krossoveri üçün tətbiq edilir. Eyni avtomobilin iki versiyası əsasən dizayn baxımından fərqlənirlər. Modelləri fərqləndirən cəhətlər bamperlər, ön fənərlər, arxa işıq texnikası və dekorudur .

 

ID.6 Crozz və ID.6 X modelləri ön panelin və havalandırma deflektorlarının fərqli formalarına malikdir. Elektrokarların interyerləri kiçik ID-modellərindəki ilə eyni cizgilərə malikdirlər və eyni komponentlərdən hazırlanırlar. Demək olar ki, salonda fiziki düymələr yoxdur və bütün ikinci dərəcəli funksiyaların idarə edilməsi media sisteminin 12 düymlük sensorlu ekranına həvalə edilmişdir. Əlavə ödəniş qarşılığında  proyeksiya ekranını da sifariş etmək olar.

 

ID.6 modeli ölçüsünə görə Tuareg krossoveri ilə müqayisə oluna bilər: avtomobilin uzunluğu 4891 millimetr, eni - 1852 millimetr, hündürlüyü - 1679 millimetr təşkil edir. Elektrokarın təkər bazası daha uzundur: 2904 millimetrə qarşı 2965 millimetr. Əlbəttə ki, elektromobilin nisbətləri fərqlidir və o, heç də "off-road" klirensi ilə öyünə bilməz. Krossoverlər 19 ilə 21 düym arasında diametrə malik olan təkər diskləri təchiz edilə bilərlər.

 

Üçüncü cərgənin oturacaqları standart standart təchizata daxildirlər, ancaq alıcı yeddi və altı yerlik konfiqurasiya arasında seçim edə bilər. Birinci halda, ikinci sırada üç nəfərlik üç hissəli divan, ikincisində isə iki "kapitan" kreslosu quraşdırılır. İstənilən halda, ikinci sıranın oturacaqlar uzununa tənzimlənir.

ID.6 modellərinin inşa edildiyi MEB platforması digər ID elektromobillərində olduğu ilə eynidir, ön tərəfdə McPherson dayaqları, arxada isə çoxqollu asqı quraşdırılıb. Arxa təkərlərdə baraban əyləcləri tətbiq edilib. Adaptiv DCC asqı sistemini də sifariş etmək olar. Opsiyalar siyahısına zolaqda saxlama funksiyası olan Travel Assist adaptiv kruiz-kontrolu da daxil eidlib.

Çində 180 və ya 204 at qüvvəli mühərriki olan iki arxa ötürməli modifikasiya ilə yanaşı, ümumi gücü 305 at qüvvəsinə malik olan ikimühərrikli güc qurğusu və 4Motion tam ötürməsi ilə təchiz edilən versiya da təklif ediləcəkdir. Ən güclü ID.6 modeli 100 km/saat həddini 6,6 saniyəyə toplayır və 160 km/saatda məhdudlaşdırılmış maksimal sürət həddinə malikdir. Elektromobillər 58 və ya 77 kilovat-saatlıq dartma batareyası ilə təchiz edilirlər. Mühərrik və batareyanın birləşməsindən asılı olaraq, elektrokarların yürüş məsafəsi köhnə, lakin indiyə qədər Çində tətbiq edilən NEDC dövrünə əsasən 436 ilə 588 km arasında dəyişir.

ID.6 Crozz və ID.6 X modellərinin Çin bazarındakı satışlarına bu yay  başlanacaqdır. Elektrokarların satış qiymətləri hələlik açıqlanmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man