Kimlər, niyə peyvənd olunmaq istəmirlər? - AÇIQLAMA

19 Aprel 2021 | 11:42
OXUNUB: 1910
Türkiyədə insanların vaksindən imtina etmə səbəbləri araşdırılıb. Aparılan sorğulara görə,  peyvənd olunmaq istəyənlər arasında ən çox pensiya yaşına çatanlar və dövlət qulluqçuları olub. Vaksin prosesindən kənarda qalmağa üstünlük verənlər isə, daha çox evdar qadınlar və tələbələrdir. 
 
4 min insanın iştirak etdiyi sorğunun nəticələrinə əsasən,  9,8 faiz şəxs peyvənddən imtina edib. Məlumata görə, xüsusilə qadınlar peyvənd olunmaqdan çəkinirlər.

Digər tərəfdən xəbər verdiyimiz kimi, Türkiyədə vaksin vurdurmayan şəxslərlə bağlı xüsusi qruplar yaradılacaq. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocanın sözlərinə görə, həmin qruplar peyvənd olunmaq istəməyənləri razı salmaq üçün formalaşdırılacaq. Belə ki, həmin şəxslər evlərə gedərək tövsiyələr verəcəklər. Bununla insanların hansı səbəbdən vaksinasiya prosesində iştirak etmədiyi də öyrəniləcək.

Azərbaycanda isə son sutkada koronavirus (COVID-19) əleyhinə 12 327 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 860, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 467 nəfərdir. Düzdür, ölkədə peyvəndləmə prosesi könüllüdür. Amma digər tərəfdən bu, həm də sağlamlığımız üçün vacibdir. Bu baxımdan maraqlıdır, niyə bəzi şəxslər hələ də peyvənd olunmaqdan imtina edirlər? Bu istiqamətdə TƏBİB hansı addımlar atmalıdır?

Məsələ ilə bağlı tibbi ekspert Adil Qeybulla Sfera.az-a açıqlama verib. Professor cəmiyyətdə peyvənd əleyhinə təbliğat olduğunu bildirib:

"Bununla bağlı ölkədə antipeyvənd kampaniyası mövcuddur. Bu da insanlarda peyvənd tərəddüdü yaradır. Müxtəlif şayiələr baş alıb gedir. Əvəzində isə, heç  bir maarifləndirici tədbirlər aparılmır. Televiziya kanallarında boş-boş, mənasız verilişlərdən başqa heç nə görmürük”.

Ekspert qeyd edib ki, pandemiya dövründə təbliğat prosesi önəmlidir:

"İnsanların başa salınması, maarifləndirmə işi istiqamətində, həmçinin vaksinasiyanın əhəmiyyəti ilə əlaqəli heç bir verilişlərə rast gəlmirik. Əlbəttə, belə olan halda, insanların vaksindən imtina etməsi təbii haldır”.

Qeyd edək ki, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 337 361, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889 216, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448 145 təşkil edir.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man