“Bentley” lüks göydələn tikmək niyyətindədir 

Nəqliyyat xəbərləri 19 Aprel 2021 | 15:31
OXUNUB: 627

Məşhur lüks avtomobil istehsalçısı “Bentley Motors” dünyanın ilk lüks yaşayış göydələni - “Bentley Residences”i inşa etmək planları barədə açıqlama verib.

Bu barədə avtovesti.ru xəbər yayıb.

Təşəbbüsə Cənubi Floridanın aparıcı əmlak şirkəti “Dezer Development” və məşhur memarlıq firması “Seger Suarez Architects” qoşulub.

Bina Mayamidə tikiləcək və ABŞ-ın sahil boyu ən hündür yaşayış göydələni olacaq.

60 mərtəbə 200-dən çox lüks mənzilin yerləşdiriləcəyi “Bentley Residences” 229 metr hündürlükdə olacaq. 

Binanın hər mənzilinin açıq eyvanında hovuz, sauna və duş olacaq. İnteryer dizaynerləri ekoloji cəhətdən təmiz materiallardan istifadə edəcəklərini bildirirlər.

Tikintiyə 2023-cü ilin əvvəllərində başlanılması planlaşdırılır. Binanın 2026-cı ildə hazır olacağı gözlənilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man