21 milyon şəxsə KİBER HÜCUM:Trampın və Klintonun məlumatları satışa çıxarıldı

Maraqlı 18 Aprel 2021 | 17:03
OXUNUB: 657

ABŞ-da, xüsusilə Atlanta və Vaşinqtonda "ParkMobile" adlı bir tətbiq istifadə olunur. Tətbiqdə açıq park yerləri göstərilir və istifadəçilər "ParkMobile" vasitəsilə ödəniş edə bilərlər.

Publika.az xəbər verir ki, bu ilin martın 26-da "ParkMobile" təhlükəsizlik məsələlərində olan boşluqlar səbəbiylə hücuma məruz qaldığını elan edib.

Tətbiq səlahiyyətliləri baş verənlərə vaxtında müdaxilə etdiklərini və hakerlərin kredit kartı məlumatları, sosial təhlükəsizlik nömrələri, yer və s. həssas məlumatları əldə edə bilmədiklərini söyləyiblər.

Bununla yanaşı, təhlükəsizlik mütəxəssisləri tərəfindən yayımlanan yeni bir hesabatda kiber cinayətkarların "ParkMobile"ın məlumat bazasını satışa qoyduğu ortaya çıxıb. Satışa təqdim olunan məlumatlar istifadəçilərin qeydiyyatdan keçmiş elektron poçt ünvanlarını, telefon nömrələrini və kripto şifrələrini əhatə edir.

Bilgilər üçün 125 min dollar tələb olunur. Məlumata görə, sözügedən verilənlər bazasına aid olduğu iddia edilən 21 milyon şəxsə aid nümunələrdə Donald Tramp, Hillari Klinton və kiber təhlükəsizliklə bağlı xəbərlər hazırlayan Brian Krebs kimi vacib adların məlumatları yer alır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man