Biləsuvar rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.
Dövlət Yol Polisi əməkdaşları Biləsuvar rayonunda yol hərəkətinin təmin edilməsi, xüsusilə yollarda dayanma-durma qaydalarına, o cümlədən avtomobillərin piyada səkilərində və avtobus dayanacaqlarında saxlamaqla yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirib.
Reyd zamanı Yol patrul xidməti əməkdaşları tərəfindən qeyd olunan yol hərəkəti iştirakçıları ilə maarifləndirici və proflaktik söhbətlər aparılıb, qeyd olunan qayda pozuntularına yol vermiş avtomobil sürücüləri barəsində Azarbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1, 346.2 və 346-1.2 -ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilməklə inzibati məsuliyyətə cəlb ediliblər.
Qeyd edək ki, tərtib edilmiş tədbirlər planına uyğun olaraq xidməti ərazilərdə reydlər mütəmadi olaraq davam etdiriləcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man