Göygöldə reyd keçirildi, sürücülər cərimələndi - FOTO

İctimai nəqliyyat 16 Aprel 2021 | 10:18
OXUNUB: 681

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

"Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Standartlara cavab verməyən bir neçə avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb", - Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man