Vilayət Eyvazov şəhid övladına yeni vəzifə verdi - ƏMR
İctimai nəqliyyat15 Aprel 2021 | 13:00
OXUNUB: 975
Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Məmmədov Fərid Şərif oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin baş müstəntiqi vəzifəsindən azad olunub.
O, Kəpəz Rayon Polis İdarəsinin tədqiqat bölməsinə rəhbər təyin olunub.
Qeyd edək ki, Fərid Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.