Lənkəranda avtomobil qadını vuraraq öldürüb

Yol qəzaları 15 Aprel 2021 | 09:00
OXUNUB: 697

Lənkəranda avtomobilin vurduğu qadın ölüb.

“Report” xəbər verir ki, hadisə Şıxəkəran kəndində baş verib.

Kənd sakini, 50-55 yaşlı Əliyeva Zülfiyyə Şəhadət qızı naməlum avtomobil tərəfindən vurulub. Təcili tibbi yardım briqadası Z.Əliyevanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.

Z.Əliyeva Vətən müharibəsi qazisi Sadiq Natiq oğlu Əliyevin anası idi. Qəza törədərək hadisə yerindən yayınan sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man