Türkiyədə iki yük qatarı toqquşub. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 14-də səhər saatlarında ölkənin cənubunda baş verib. Bu barədə DHA agentliyi məlumat yayıb.
Məlumata görə, Adana istiqamətində irəliləyən konteyner yüklü qatar, qarşısında hərəkətdə olan başqa bir yük qatarına arxadan çırpılıb.
Zərbənin təsirindən hər iki qatara məxsus bir necə vaqon relsdən çıxaraq aşıb.
Qəza nəticəsində arxa qatarın 2 mexanik xəsarətlər alıb.
Yaralılar, ambulanslarla xəstəxanaya çatdırılıblar.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man