Sürücülərin NƏZƏRİNƏ - Bunu etməsəniz cərimələnəcəksiniz - VİDEO

Nəqliyyat xəbərləri 14 Aprel 2021 | 21:04
OXUNUB: 1697

Gün ərzində avtomobilini dayanma və durmanın qadağan olunduğu yerdə uzun müddət saxlayan sürücülər bir dəfə cərimə olunacaqlar. Əgər həmin sürücü gün ərzində avtomobilini dayanma və durmanın qadağan olunduğu digər yerdə saxlasa, növbəti dəfə ona cərimə yazılacaq. Bəs avtobus dayanacağını zəbt edən sürücülər necə ? Onlar da cərimə ilə kifayətlənəcək?

Dayanma və durmanı qadağan edən nişanın tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı yeni qaydalar sürücülər arasında anlaşılmazlıq yaradıb.

Yeni qaydalardan səthi məlumatı olan sürücülərin çoxu demək olar ki, bunu səhv başa düşüblər. Sürücülər elə zənn edirlər ki, yeni qaydaya əsəsan gün boyu şəhər ərazisində dayanma və durmanı nə qədər pozsalar da cəmi bir dəfə cərimə olunacaqlar. Amma bu belə deyil. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, sürücülər mümkün qədər dayanma və durma qaydasını pozmamalıdırlar. Qaydalara əməl etmədikdə bu yollarda sıxlığa səbəb olur. Dayanma və durmanı tələbini eyni yerdə pozan sürücülər yalnız bir dəfə cərimə tətbiq ediləcək.

Araz Əsgərlinin sözlərinə görə avtobusların dayanacağında avtomobilini park edən sürücülər 40 manat cərimə olunur. Yol polis əməkdaşı onu da bildirdi ki, avtobus dayanacağını zəbt edən avtomobil cərimə olunmaqla bərabər, sərnişin və avtobuslara maneə olduğundan ərazidən mütləq qaydada evakuasiya edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man