Sumqayıtda yol polisi qayda pozan sürücü və piyadalara qarşı reyd keçirdi - FOTO - VİDEO

İctimai nəqliyyat 14 Aprel 2021 | 15:18
OXUNUB: 2208

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin tərtib etdiyi plan əsasında yol-hərərkəti təhlükəsizliyinə dair təbliğat işləri davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu gün Sumqayıt şəhəri ərazisində dayanma-durma, parklanma qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçirilib. Reyd zamanı dayanma-durma qaydalarını pozan, piyada səkilərində, avtobus dayanacaqlarında, keçidlərin yaxınlığında maşın saxlayan onlarla sürücü aşkar edilib. Onların bir neçəsi inzibati məsuliyyətə cəlb olunub. Əksəriyyəti ilə maarifləndirici söhbətlər aparılıb, yol polisi sürücüləri dayanma-durma qaydalarına əməl etməyə çağırıb.

Sürücülər yer tapmaqda çətinlik çəkdiklərini, xüsusən taksi duracaqlarının olmamasını önə çəksələr də, diqqətə çatdırılıb ki, yol-hərəkəti təhlükəsizliyində hər bir vətəndaşın yol-hərəkəti qaydalarına əməl etməsi vacibdir.

Dayanma-durma, parklanma qaydalarının pozulması digər hərəkət iştirakçılarının ləngiməsinə, yollarda səbəbsiz yerə vaxt itirmsinə gətirib çıxarır. Piyadalar isə səkilərdə normal hərəkət edə bilmir, keçidə daxil olduqda isə digər nəqliyyat vasitələrinin sürücüləri onları görə bilmir. Nəticədə ağır qəzalar baş verir. Bu baxımdan yol polisi sürücülərlə maarifləndirici söhbətləri daha üstün tutur, gələcəkdə qayda pozuntularına yol verməmələri üçün onlara tövsiyyələr verib.

Sumqayıtda keçirilən tədbirlər zamanı qayda pozan piyadalara da rast gəlinib. Yol polisi piyada keçidi olduğu halda qəflətən yola çıxaraq təhlükə yaradan 48 piyadanı saxlayıb, onlarla maarifləndirici söhbətlər aparıb. Daha təhlükəli hərəkətlərə yol verən 11 piyada inzibati məsuliyyətə cəlb edilib.

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man