Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkəti aprelin 18-dən etibarən Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşları bərpa edəcək.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
Məlumata əsasən, aviaşirkət Varşava və Vilnüsə reyslər yerinə yetirəcək. Uçuşlar hələlik həftədə bir dəfə həyata keçiriləcək və epidemioloji vəziyyətdən asılı olaraq tezliyin artırılacağı planlaşdırılıb.
“Wizz Air” may ayından etibarən Riqa və Dortmund şəhərlərinə müntəzəm reyslər yerinə yetirəcək. İyundan isə daha 13 istiqamət üzrə birbaşa uçuşlar təyin ediləcək. (“Report”)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man