“WhatsApp” messencerində hesabı bloklamağa imkan verən yeni boşluq aşkar edilib.
Fırıldaqçılar telefon nömrəsinə bağlanmadan, sadəcə dəstək xidmətinə müraciət etməklə tətbiqin iki “zəif nöqtəsi”ndən istifadə edərək istifadəçini hesaba giriş imkanından məhrum edirlər.
Tətbiqə telefon nömrəsi əlavə edildikdə xidmət təsdiq kodu tələb edir. Bu, adətən SMS ismarıc və ya zəngin köməyi ilə həyata keçirilir.
Dələduzlar bu zaman kodu bir neçə dəfə səhv daxil edir və “WhatsApp” kodun sıfırlanması imkanı 12 saat müddətinə bağlanana qədər yenisini istəyirlər.
Sonra fırıldaqçılar qurbanın telefon nömrəsini göstərməklə messencer dəstək xidmətinə sorğu yollayırlar və telefonun itdiyini bildirərək hesabı bloklamaq istədiklərini deyirlər.
Mütəxəssislərin fikrincə, problem ondadır ki, “WhatsApp” bu cür istəkləri avtomatik olaraq cavablayır və sorğunun hesabın həqiqi sahibi tərəfindən göndərilib-göndərilmədiyini yoxlamır.
Fırıldaqçı üç dəfə bunu təkrarlasa, hesab həmişəlik bloklana bilər.
Bu vəziyyətdə “WhatsApp” mütəxəssisləri ilə əlaqə saxlanılmalıdır. (oxu.az)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man