Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi   - FOTO

İctimai nəqliyyat 13 Aprel 2021 | 16:08
OXUNUB: 1264

Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədi ilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Yol polisi əməkdaşları tərəfindən rayon ərazisində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Bu istiqamətdə təşkil olunan növbəti reyd zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib və barələrində inzibati protokol tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man