DYP Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirib

İctimai nəqliyyat 13 Aprel 2021 | 15:39
OXUNUB: 868

Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə sürücü və sərnişinlər arasında riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.

Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Qaydalara və sağlamlığına qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Reyd zamanı polis əməkdaşları tərəfindən həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərinin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb, karantin qaydalarını pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man