Bu küçədə düzünə hərəkət edənlər cərimə edilməyəcək - FOTO-VİDEO

Nəqliyyat xəbərləri 13 Aprel 2021 | 13:28
OXUNUB: 3296

Bakıda nəqliyyatın hərəkətinə daha bir küçədə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Cavanşir körpüsündən düşən kimi - Üzeyir Hacıbəyli küçəsində sağ zolaq yalnız Keykab Səfərəliyeva küçəsinə dönənlər üçün nəzərdə tutulsa da, indi həm də həmin zolaqda düzünə hərəkətə icazə verilir. Əvvəl isə həmin zolaqdan yalnız sağa - svetoforun əlavə bölməsində daimi hərəkətə üstünlük verilirdi. Lakin ərazidə sıxlıq yarandığı üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi hərəkətin təşkilində dəyişiklik edib. Artıq svetoforun əlavə bölməsi götürülüb, asfalt üzərində isə düzünə və sağa nişanlanma xətti çəkilib.

Avtosfer.az sürücülərin diqqətinə çatdırır ki, həmin ərazidə diqqətli olsunlar, svetoforun əlavə seksiyası olmadığı üçün sağa dönənlər cərimə ediləcək. Düzünə gedənlər isə artıq cərimə olunamayacaq.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man