“Daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılan və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərin təşkili nəzərdə tutulub.
Bu ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcək.
Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən növbəti təhlükəsizlik tədbiri, 12 aprel 2021-ci il tarixdə keçirilib. Keçirilən tədbir, dayanma və durma qaydalarının pozulması, o cümlədən avtomobillərin piyada səkilərində və avtobus dayanacaqlarında saxlanılmasının qarşısının alınması məqsədini daşıyıb. Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tutal Niftalıyev tərəfindən sürücülərə izah olunub ki, hər bir sürücü avtomobili saxlayarkən elə bir yerdə saxlamalıdır ki, digər hərəkət iştirakçılarının normal hərəkət etmələrinə maneçilik törətməsin.
12 aprel 2021-ci il tarixdə keçirilən təhlükəsizlik tədbiri zamanı, Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən qeyd olunan qayda pozuntuları ilə bağlı 35 fakt aşkar edilərək, həmin sürüclər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man