Yol polisi özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxsi cərimələdi - VİDEO

İctimai nəqliyyat 11 Aprel 2021 | 15:20
OXUNUB: 17991

İki gün əvvəl, paytaxtın Nərimanov rayonu ərazisində əks istiqamətdə avtomobili park edərək qaydaları pozan sürücünün videogörüntüsünü yayılıb. Avtosfer.az xəbər verir ki,  videonu təlimçi Arzu Babazadə çəkib. Xanım sürücü bildirib ki,  qayda pozan şəxsə irad bildirdikdə o, özünü prokurorluq orqanlarının əməkdaşı kimi təqdim edib. Daha sonra isə iradla razılaşaraq avtomobilə əyləşib. 
Görüntülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal nəzarətə götürülüb. Sürücü Nurlan Həsənov İdarəyə dəvət edilib. O, özü də Avtosfer.az-a bildirib ki,  əməlindən peşimandır və xanım sürücünün iradını qəbul edib. Sürücü qeyd edib ki, həmin vaxt tədnir üçün gül gətirilməsini xahiş ediblər. Bu zaman tələsdiyi üçün qayda pozub. Yol polisi sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man