Bu gün səhər saatlarında Ələt-Astara yolu Səlyan rayon postunun yaxınlığında nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Cherry markalı 99-HD-082 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücünün barmaqları kəsilib. Əraziyə çağrılan təcili tibbi yardım gecikdiyi üçün xəsarət alan sürücü digər avtomobillərdən biri ilə xəstəxanaya çatdırılıb.
Hadisəyə səbəb sürücünün sükan arxadında yuxulaması olub. Yuxuya gedən sürücü avtomobilə nəzarəti itirib və nəqliyyat vasitəsi beton arakəsməyə dəyərək idarəetmədən çıxıb və aşıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man