Hindistanda yol qəzasında 10 nəfər həlak olub, onlarla xəsarət alan var

Yol qəzaları 11 Aprel 2021 | 08:20
OXUNUB: 638

Hindistanda ağır yol qəzası baş verib.

Report-un TASS-a istinadən xəbərinə görə, bu barədə yerli televiziya məlumat yayıb.

Qeyd edilir ki, hadisə Uttar-Pradeş ştatında qeydə alınıb. Belə ki, sərnişin avtobusu yol kənarındakı xəndəyə aşıb.

Qəza zamanı minimum 10 nəfər həlak olub, daha 30 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəyə sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.

Qəzanın digər detalları açıqlanmır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man