Yol polisi Nərimanov rayonunda tədbirlər keçirib - VİDEO

İctimai nəqliyyat 10 Aprel 2021 | 17:24
OXUNUB: 7389

Bu gün Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçirib.
Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunla müvafiq qaydada tədbirlər görülüb. Bəzi sürücülər müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışıb. 
Eyni zamanda onlarla marifləndirici söhbətlər aparılıb. Piyadalara qarşı diqqət göstərilməsi, piyada zolaqlarına piyadlarla bağlı xəbardaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi önə çəkilib. Həmçinin piyadalar tərəfindən yol hərəkət qaydalarının  kobud şəkildə pozulması qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb.
Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusna yol verən  piyada müvafiq qaydada cərimə edilib.
Nərimanov rayon Dövlət Yol polisi şöbəsinin rəisi və əməkdaşları bu cür maarifləndirici tədbirləri davam etdirir. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man