YPX əməkdaşlarıreyd zamanı koronavirusa yoluxmuş şəxsi aşkarlayıb - FOTO

İctimai nəqliyyat 10 Aprel 2021 | 16:16
OXUNUB: 2134

Tovuzda Yol Patrul Xidmətinin əməkdaşları reyd keçiriblər. Reyd zamanı piyadalara yol verməyən, nəqliyyat vasitələrinə əlavə avadanlıqlar quraşdıran, dayanma-durma qaydalarını pozan sürücülər saxlanılıb.

Avtosfer.az-ın məlumatına görə, yoxlamalar zamanı həmin sürücülərə qarşı müvafiq qaydada protokollar tərtib edilib.

Yol nişanlarının tələbələrini pozan sürücülər və piyadalarla maarifləndirici söhbətlər aparılıb.

Polisin saxla əmrinə tabe olmayan sürücülər də reyd zamanı qanun pozanlar siyahısına əlavə edilib. Bundan əlavə polisin qanun pozucusu olaraq saxladığı əksər sürücülər də olub ki, polis əməkdaşlarının iradı ilə razılaşmayıblar.

Reyd zamanı koronavirusa yoluxan və ev şəraitində müalicəsi aparılan 2000-ci il təvəllüdlü Tovuz rayon Bayramlı kənd sakini Zeynalov Əli Elman oğlunun evi qanunsuz tərk etdiyi də aşkarlanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man