Vaqif Əsədovdan "protiv" sürən yol polisi ilə bağlı AÇIQLAMA - VİDEO

İctimai nəqliyyat 09 Aprel 2021 | 14:03
OXUNUB: 17208

"Bakıda Yol Patrul xidməti avtomobilinin əks yola keçərək qayda pozmasına səbəb onun tədbirə tələsməsi olub". Bunu Bakı Şəhəri Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-la əlaqə saxlayaraq bildirib: "Bu o demək deyil ki, bu hadisə nəzarətsiz baş verib, sürücü bunu özbaşına edib. Sadəcə bu avtomobil keçiriləcək tədbir istiqamətində yaranmış süni sıxlığın aradan qaldırılması üçün gedib. Bu da həm yol boyu kameralarla təhlükəsizliyin təmin edilməsi, həm də qəza hadisəsinin baş verməməsi üçün edilib. 
Həmin patrul avtomobilinin sayrışan işıqlarından birində nasazlıq olub. Bu elə təsəvvür yaratmır ki, guya bunun işığı da yanmır. Sadəcə nasazlıq yaranıb, o da artıq aradan qaldırılıb.

13:27
Bakıda Yol Patrul Xidməti avtomobili təhlükə törədib. Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Hava limanı yolunda qeydə alınıb. Belə ki, YPX avtomobili sayrışan işıqlardan istifadə etmədən yüksək sürətlə əks istiqamətdə hərəkət edib. Bununla da qarşıdan gələn hərəkət iştirakçılarına təhlükə yaradıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man