İctimai nəqliyyatda istifadə üçün nəzərdə tutulan məhdud istifadə kartları niyə yoxa çıxıb? VİDEO

Nəqliyyat TV 08 Aprel 2021 | 23:30
OXUNUB: 964

Əvvəllər "Bakı Kart"ı olmayan vətəndaşlar və ya şəhərə gələn qonaqlar rahatlıqla məhdud istifadə kartlarını ala bilirdilər. Ancaq indi "Bakı Kart"ın digər məhsulu olan bu xidmət növü hansısa səbəbdən işləmir. 

Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, müvəqqəti istifadə kartlarında dəyişikliklər edilir. Onun sözlərinə görə, müvəqqəti istifadə üçün nəzərdə tutulan kartların əldə olunmasındakı məhdudiyyət sistemdə aparılan yenilənmə işləri ilə əlaqədardır.

Mais Ağayev onu da qeyd edib ki, birdəfəlik ödənişlərdə yeni vasitələrdən də istifadə olunacaq.  Yaxın zamanda ictimaiyyətə bununla bağlı məlumat veriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man