Yolda təhlükəli anlar -  Sürücü MƏSULİYYƏTSİZLİYİ - VİDEO

Yol qəzaları 08 Aprel 2021 | 17:41
OXUNUB: 767

Oğlunun təmirə ehtiyacı olan avtomobilini öz maşınının qoşqusuna bağlayaraq ustaya aparan ata magistral yolda sürücülərə təhlükəli anlar yaşadıb. 

Lent.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.

Yolda avtomobil sıxlığının olmaması baş verə biləcək qəzasının qarşısını alıb.

Hadisənin görüntüləri digər sürücülər tərəfindən videoya alınıb. Görüntülər sosial mediada paylaşıldıqdan sonra Bursa şəhərinin Polis mərkəzi hərəkətə keçib.

Nəqliyyatı idarə edən ataya digər sürücülər üçün təhlükə yaratdığına və zolaqların üzərindən keçərək qaydaları pozduğuna görə 1483 türk lirəsi( təxminən 370 manat) cərimə tətbiq edilib.

Onun barəsində, həmçinin Türkiyə Cəza Qanununun 179-2-ci maddəsinə əsasən məhkəmə qərarı çıxarılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man